Paata İmnadze – Peyvəndləmənin bitməsindən sonra qaydaların yüngülləşdirilməsindən danışa bilərik

11:19, 01.04.2021

Peyvəndləmənin bitməsindən sonra qaydaların yüngülləşdirilməsindən danışa bilərik, – deyə Milli Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata İmnadze bəyan etdi.

Onun sözlərinə görə, vətəndaşlar sadə qaydalara əməl etməsələr, vəziyyət keçən ilin noyabr-dekabr aylarında olduğu kimi olacaq.

Artıq, sentyabr ayının sonundan oktyabr ayının əvvəlinə kimi olan eyni vəziyyətimiz var. Son 2-3 həftə, xoşbəxtlikdən önəmli deyil, lakin yoluxma hallarında artım var. Oktyabr ayında və noyabrın sonlarında, dekabrın əvvəlində baş verənləri xatırlasaq, bu gün qüvvədə olan əsas qaydalara riayət etmiriksə, təhlükə üzləşirik. Əsas qaydalar maska taxmaq, məsafəni qorumaq və süfrələrdən çəkinməkdir. Təəssüf ki, artıq süfrə ilə əlaqəli epidemioloji partlayışlar var. Öz səhvlərimizdənmi nəticə çıxarmalıyıq?”, – deyə İmnadze bəyan etdi.

Onun sözlərinə görə, peyvəndləmə bitdikdə nəticə verəcək. Paata Imnadzenin sözlərinə görə, bu, payızın sonunda baş verəcək, beləliklə əhalinin əksəriyyəti qışa qarşı immunitetli olacaq.

Çin peyvəndi artıq Dünya Səhiyyə Təşkilatı tərəfindən tanınma mərhələsindədir. Yalnız Pfizer ilə deyil, həm də Novavaks ilə danışıqlar aparılır. Təəssüf ki, bu peyvənd sayını ilin ikinci yarısında əldə etmək mümkün olacaq. Peyvənd müharibəsi praktik olaraq ona görədir ki, onu istehsal edən ölkələrə belə yetərli deyil. Buna görə kəmiyyət məhduddur. Əvvəlcə əldə etdiklərimizi mənimsəməliyik”, – dedi Paata İmnadze.

Oxşar