Paata İmnadze - məhduduiyyətlərin yüngülləşdirilməsi məsələsinə diqqətlə yanaşırıq, əsər nəsə yüngülləşdirilsə, qaydaları qorumalıyıq ki, noyabrın sonunda olanlar təkrar olunmasın
Əgər hamımız qaydaları müdafiə etməsək, biznes qaydaları müdafiə etməsə, noyabrın sonu, dekabrın əvvəli baş verənlər təkrar olacaq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru müavini, Paata İmnadze bəyan etdi.
Onun dediyinə görə, ölkədə virusun yayılması baxımından vəziyyət bu mərhələdə sabitdir.
“Bir günün və bir neçə günün göstəriilərilə, ümumiyyətlə azaltma və artırma barəsində müzakirə aparmırlar. Ən azından bir həftənin göstəriciləri olmalıdır. Məhdudiyyətlərin tədbiq olunmasından sonra ötən həftə göstərir ki, sabitləşdirmə bacarıldı və nisbətən azalma tendensiyası var. Lakin təəssüfləndiricidir ki, vəfat etmə halları artıqdır. Çünki irəlki həftədən davam edənlərdir. Bu iki həftə ərzində 4 000 və 5 000 hal var idi, indi bu insanların vəziyyəti ağırlaşır. Bundan irəli gələrək, məhduduiyyətlərin yüngülləşdirilməsi məsələsinə diqqətlə yanaşırıq, əsər nəsə yüngülləşdirilsə, qaydaları qorumalıyıq ki, noyabrın sonunda olanlar təkrar olunmasın”, – İmnadze bəyan etdi.