Paata İmnadze Kəpənəkçi kəndinin həkiminə şəxsən təşəkkürünü bildirdi
Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbərinin müavini, Paata İmnadze Kəpənəkçi kəndinin həkiminə şəxsən təşəkkürünü bildirdi.
İmnadzenin dediyinə görə, o, koronavirus ilə bağlı bütün requlasiyaları Xəstəliklərə Nəzarət Milli Mərkəzinin vebsəhifəsində yerləşdirilən məlumata əsasən, çox yaxşı bilirdi.
“Bolnisi rayonunun, Kəpənəkçi kəndinin, kənd həkiminə şəxsən təşəkkürümü bildirmək istəyiriəm. O, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin vebsəhifəsində uzun müddət bundan əvvəl yerləşdirilən requlasiyaları çox yaxşı bilirdi – mümkün hal nədir, öz alqoritmini mükkəməl istifadə etdi, mən onun üçün xüsusi treninq keçirməmişəm. Lakin o, saytımızdan olanları oxudu, halın aşkar edilməsini mükəmməl bacardı”, – İmnadze bəyan etdi.