Paata İmnadze - İşlə təmin edən şəxslərin öztəcriddə olan insanları işə çıxmalarına dair narahat etmələri barədə məlumata sahibik
Paata İmnadze - İşlə təmin edən şəxslərin öztəcriddə olan insanları işə çıxmalarına dair narahat etmələri barədə məlumata sahibik

İşlə təmin edən şəxslərin öztəcriddə olan insanları işə çıxmalarına dair narahat etmələri barədə məlumata sahibik – bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin baş direktorunun müavini, Paata İmnadze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

O, bir daha Gürcüstana geri qayıtmış şəxslərə müraciət edərək, onları yaxınlarından uzaq durmağa və öztəcrid və ya karantin rejiminə əməl etməyə çağırıb.

„Bilirsinizmi ki, polis İctimai Səhiyyə işçilərinə artıq aktiv şəkildə kömək edir və yanılmıramsa 10-dan artıq nəfəri zorla karantinə qaytarıblar, çünki onlar öztəcrid qaydalarını pozurlarmış. Bu fəaliyyət davam etdiriləcək və hər kəsi öztəcrid qaydalarına əməl etməyə çağırıram. İşlə təmin edənlərin öztəcriddə olan şəxsləri işə çıxmaqla bağlı narahat etmələrinə dair məlumatlar bizə daxil olur.

Əlbətdə ki,şəxsi məlumatları ictimailəşdirməkdən yayınırıq,lakin əgər onlar öztəcriddə olan şəxsləri narahat etməyi davam etdirsələr , o zaman mənim özüm ,şəxsən bütün qaydaları pozaraq, onların kimliyini ictimailəşdirəcəyəm. Birtək öz yaxınlarım barədə danışa bilərəm, məsələn mənim yaxın qohumlarımdan biri gəldikdən bu yana ,üç gündür ki, karantindədir.

Səhiyyə Nazirliyində onlayn platforma var, kimin gəldiyini, yaşayış şərtlərini öyrənirlər, öztəcrid üçün evdə şərait var isə, o zaman öztəcridə keçirir, əgər bu cür şərait yoxdursa ki, bu cür halların sayı da çoxdur, onların özləri karantinə alınmağı tələb edirlər. Əgər şəxs karantindədirsə və öztəcridə çıxmaq üçün ərizə yazırsa,o zaman onun ev şəraitini öyrənir və tələbləri qane edəcəyi təqdirdə onu karantindən öztəcridə buraxırlar” – deyə İmnadze bildirib.

 

Müəllif – Sevinc Mustafayeva