Paata İmnadze - qızılcanın geniş yayılmasının təhlükəsi yenə də mövcuddur
Ölkədə qızılcanın geniş yayılmasının təhlükəsi yenə də mövcuddur, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbərinin müavini, Paata İmnadze bəyan etdi.
Paata İmnadzenin qeyd etdiyinə görə, epidemiya hələlik dayanmayıb və ölkədə 400-dən artıq hadisə qeydə alınıb.
“Epidemiya əsasən Acarada yayılıb. Tbilisi və Sameqreloda hadisələr artır, lakin fakt ki, əlavə peyvəndlər ölkədə artıbdır, onun əsasını verir ki, əgər peyvəndlər fəal davam etsə, hadisələrin sayı az olacaq. Epidemiya Quriyadan başladı. Xəstəxanaların birində tibbi personalı xəstələndi və onlardan Acaralı pasientə keçdi. Pasentdən isə Acaraya yayıldı. Buna görə də, mənim həmkarlarıma məsləhət göörürəm peyvənd etsinlər ki, özləri də və başqaları da müdafiə olunsunlar. Peyvənd 40 yaşınadək hamı üçün pulsuzdur”, – Paata İmnadze bəyan etdi.