Paata İmnadze - 10 min əhaliyə hesablamaqla, bu gün Gürcüstanda yoluxmanın Hindistanda olduğundan beş dəfə artlq halımız var
Bu gün Gürcüstanda yoluxmanın Hindistanda olduğundan beş dəfə artlq halımız var, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri müavini, Paata İmnadze bəyan etdi.
İmnadzenin qeyd etdiyinə görə, bu gün tədbiq olunan məhdudiyyətlər imkan verir ki, hospital sektorunun yüklənməsi az olsun.
“Böyük ümidim var, bu gün tədbiq olunan məhdudiyyətlər imkan versin ki, hospital sektorunun yüklənməsi az olsun. Sahə hospitalın analoqu kovid-mehmanxanalardır. Kovid-mehmanxanalar maksimal olaraq yenə də genişləndirilir. Bütün həmkarlarımıza, il yarımdır keçirdiklərinə görə, böyük hörmətimi təsdiq edirəm. 10 min əhaliyə hesablamaqla, bu gün Gürcüstanda yoluxmanın Hindistanda olduğundan beş dəfə artlq halımız var. Həmkarlarımız buna dözürlər”, – İmnadze bəyan etdi.