Paata Burculadze - Oktyabrın 4-ü İvanişvilinin dinc yolla devrilməsi günü elan olunur, hazırlaş, Gürcüstan, sona qədər mübarizə
Oktyabrın 4-ü sadəcə etiraz günü olmayacaq, bu, tarixi qələbə günü olacaq – bu haqda “Rustaveli prospekti” hərəkatının lideri Paata Burculadze deyib.
Burculadze bildirib ki, oktyabrın 4-ü İvanişvilinin dinc yolla devrilməsi günü elan olunur.
“Heç bir siyasi partiya və heç bir siyasətçi bu bəyanatın adresatı deyil. Bu səbəbdən də mən əlahəzrət gürcü xalqına müraciət edirəm. Oktyabrın 4-də saat 16:00-da Respublika meydanına toplaşırıq, milli toplantı keçiririk, rejim tərəfindən zəbt edilmiş ölkəni geri qaytarırıq və Gürcüstanın azad edilməsinə səs veririk. Qanunsuz olaraq zəbt edilmiş hakimiyyəti İvanişvilinin əlindən almalı və xalqa qaytarmalıyıq. Oktyabrın 4-ü sadəcə etiraz günü olmayacaq, bu, tarixi qələbə günü olacaq. Beləliklə, Oktyabrın 4-ü İvanişvilinin dinc yolla devrilməsi günü elan olunur. Hazırlaş, Gürcüstan, sona qədər mübarizə” – Paata Burculadze bildirib.