Paata Burculadze - Oktyabrın 4-də qanunu pozmayacağıq, ancaq biz də sizə xəbərdarlıq edirik ki, qanunu pozmayın və qanun çərçivəsində davranın
Oktyabrın 4-də qanunu pozmayacağıq – bu haqda “Rustaveli prospekti” hərəkatının lideri Paata Burculadze brifinqdə deyib.
Burculadze bildirib ki, Gürcüstan tarixində ilk dəfədir milli yığıncaq keçirilir.
Brifinqdə Burculadze onun adından Tbilisi Meriyasının administrasiyasına daxil olan məktub və meriyanın cavabı haqqında danışıb.
“Bildiyiniz kimi, oktyabrın 4-də Gürcüstan tarixində ilk dəfə milli yığıncaq keçirilir. Konstitusiyada yazıldığı kimi, qanunda olduğu kimi, meriyaya müraciət etdik və onlara xəbər verdik, icazə tələb etmək məcburiyyətində deyildik, lakin onlara xəbər verdik ki, Gürcüstan əhalisi milli yığıncaq keçirir və 4 səhnənin qurulmasını istəyirik. Biz bunu qanuni yolla etdik, lakin bu gün elə bir cavab aldıq ki, çox insan toplaşmayın və bir səhnə qurun deyirlər.
Bu, keçirtdiyimiz çox vacib yığıncaqdır. Bunu yazana deyirəm – qorxmayın. Biz sülh yolu ilə gəlirik, qanunu pozmayacağıq, biz sülhsevər, ölkəmizin azad olmasını istəyən insanlarıq. Ona görə də konstitusiya pozuntusu olmayacaq, konstitusiyamıza görə bu bizə məxsusdur, qanunu pozmayacağıq, ancaq biz də sizə xəbərdarlıq edirik – qanunu pozmayın və qanun çərçivəsində davranın” – Paata Burculadze bildirib.
Tbilisi Meriyası Paata Burculadze adından meriyanın administrasiyasına daxil olan məktubu və meriyanın cavabını bir az bundan əvvəl ictimailəşdirib.