Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjgaladze və Laşa Beridzeyə həbs-qətimkan tədbiri seçilib
Məhkəmə Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjgaladze və Laşa Beridzeyə qətimkan tədbiri kimi həbs qərarı çıxarıb.
Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjgaladze və Laşa Beridze qrup halında zorakılığın təşkili və rəhbərliyi, strateji və xüsusi əhəmiyyətə malik obyektin ələ keçirilməsinə cəhd, Gürcüstanın konstitusion quruluşunun zorakı yolla dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsinə çağırış ittihamları ilə mühakimə olunurlar. Təqsirləndirilən şəxsləri doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İş üzrə ilkin məhkəmə iclası 26 noyabrda keçiriləcək.
Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjgaladze və Laşa Beridze hüquq-mühafizə orqanları tərəfindən 4 oktyabrda saxlanılıblar.