Paata Burculadze – 4 oktyabrın təşkilatçısı mənəm, təxribat olmasaydı, hər şey çox dinc şəraitdə keçəcəkdi
4 oktyabrın təşkilatçısı mənəm, təxribat olmasaydı, hər şey çox dinc şəraitdə keçəcəkdi – bu barədə 4 oktyabr işi üzrə məhkum olunmuş Paata Burculadze Apellyasiya Məhkəməsindəki iclasda bildirib.
“Paata Mancqaladze heç bir təşkilatçı olmayıb. 4 oktyabrın təşkilatçısı olduğum üçün xoşbəxtəm” – Burculadze iclasda qeyd edib.
Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi 4 oktyabr işi üzrə təqsirləndirilən şəxslərə – Paata Burculadze, Murtaz Zodelava, İrakli Nadiradze və Paata Mancqaladzeyə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib. Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsinə şikayət verib.