Paata Burçuladze – 4 oktyabrda mitinq deyil, milli qurultay olacaq, səs verəcəyik, vətəndaşlar olaraq hakimiyyəti ələ almaq istəyirikmi, istəmirikmi, hamımız “bəli” deyəcəyik və həmin andan biz bu ölkənin sahibi olacağıq
“4-də başlayırıq, elə 4-də də bitiririk, bu qaçılmazdır, biz mütləq qalib gələcəyik” – bunu “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze bəyan edib.
Burçuladzenin sözlərinə görə, bu mitinq olmayacaq, bu xalq qurultayı olacaq, burada bir neçə məsələ müzakirə olunacaq və texniki hökumət təqdim olunacaq.
“Yeganə problem sanki aylar öncə idi – lazım olan qədər insan çıxacaqmı? Məncə, təkcə lazım olan qədər yox, ondan da çox olacaq.
Bu mitinq deyil. Bu milli qurultaydır. Milli qurultayda biz bir neçə məsələni müzakirə edəcəyik. Əsas məsələ – Gürcüstan vətəndaşları olaraq konstitusiyaya əsaslanaraq hakimiyyəti ələ almaq və ölkəmizin sahibi olmaq istəyirikmi, istəmirikmi. Məncə, heç kim şübhə etmir ki, hamımız “bəli” deyəcəyik. Həmin andan, səsvermə ilə bunu təsdiqlədiyimiz andan etibarən, biz bu ölkənin sahibi olacağıq. Bundan sonra hakimiyyəti əlimizə alırıq. Gürcüstan vətəndaşı bu ölkənin idarəsini öz üzərinə götürməlidir.
Mütləq şəkildə müvəqqəti, texniki hökumət təyin olunmalıdır, bu hökumət ölkəni təhvil alacaq, peşəkarlarla təchiz olunacaq və ən əsası, dürüst insanlardan ibarət olacaq, çünki bu gün dürüstlük böyük nadir hala çevrilib. Mütləq şəkildə yeni parlament seçkiləri elan olunmalıdır və orada kim qalib gəlsə, həmin siyasi partiya hakimiyyətə gələcək” – deyə Burçuladze bildirib.