Ozurqetidə koronavirusun iki yeni halı aşkar edildi
Ozurqetidə koronavirusun iki yeni halı aşkar edildi

Ozurqeti munisipalitetinin Kveda Baxvi kəndində koronavirusun iki yeni halı aşkar edildi. Virusa yoluxanlar pedaqoqlardırlar. Onları müvafiq profilli klinikaya aparırlar.

“Təəssüflər olsun ki, Kveda Baxvi kəndində daha iki hal aşkar olundu. Virusa yoluxanlar, bir neçə gün bundan əvvəl Batumidə keçirilən toy klasteri ilə bağlıdır. İndi kontaktların araşdırlmasına başlayırıq. Onların hamısına “PCR” test ediləcək”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Quriya bölməsinin rəhbəri, Qrçil Mjaviya bəyan etdi.