Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yolunun 29-cu kilometrində nəqliyyatın hərəkəti bərpa edilib
Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yolunun 29-cu kilometrində nəqliyyatın hərəkəti bərpa edilib

 

Respublika əhəmiyyətli Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta avtomobil yolunun 29-cu kilometrində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

Məlumat üçün bildirək ki, qeyd olunmuş yolda qaya kütləsinin uçması nəticəsində yolun hərəkət hissəsi bağlanmışdı, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilmişdi.