Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yolunun 29-cu kilometrində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yolunun 29-cu kilometrində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Departamentin məlumatında, qaya kütləsinin uçmasının bunun səbəbi olduğu deyilir.
“Qaya kütləsinin uçması nəticəsində yolun hərəkət hissəsi bağlanıb. Müvafiq işlər görülənədək qeyd olunan hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır” – Avtomobil Yolları Departamentinin yaydığı məlumatda deyilir.