Ozurgeti polisi iki avtomobilin qarət edilməsi faktını açıb, bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Ozurgeti Rayon Şöbəsinin əməkdaşları oğurluqda təqsirləndirilən, əvvəllər məhkum olunmuş şəxsi məhkəmə qərarı əsasında saxlayıblar.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Ozurgeti bələdiyyəsinin Şekvetili qəsəbəsində müxtəlif vaxtlarda xüsusi texniki cihazdan istifadə etməklə iki avtomobilin qapısını açaraq pul oğurlayıb və daha sonra hadisə yerindən qaçıb.
Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb. Maddi sübut kimi cinayətin törədilməsində istifadə olunan texniki cihaz götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 4-cü hissələri ilə araşdırma aparılır. Bu maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.