Gürcüstanda koronavirusun 549 yeni halından yeddisi Quriyada, Ozurqeti munisipalitetində aşkar edildi.
İctimai Sağlamlıq Mərkəzinin Quriya şöbəsinin məlumatına görə, virusa yoluxan yeddi haldan üçü Layturi məktəbinin şagirdidir.
“Yeddi yeni halımız var. Buradan üçü şagirddir. Onlar sinif yoldaşlarıdılar və virusa yoluxan uşağın kontaktını təşkil edirlər. Virus həmçinin şagirdlərdən birinin valideynində müəyyən edildi. Daha bir hal Layturidədir. Bundan başqa yoluxanlar Meriya və Çneyti kəndində var. Onların kontaktı Acara ilə bağlıdır”, – İctimai Sağlamlıq Mərkəzinin Quriya şöbəsinin direktoru, Maya Kutidze bəyan etdi.
Bu vaxt üçün Quriya bölgəsində koronavirusa yoluxmanın 197 halı aşkar edilib.