Ozurgeti bələdiyyəsində qəsdən adamöldürmə faktı üzrə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları qəsdən adamöldürmə ittihamı ilə 2002-ci il təvəllüdlü G.Ç.-ni saxlayıblar.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının “isti izlərlə” həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxs Ozurgeti bələdiyyəsinin kəndlərindən birində qonşuluqda yaşayan 1968-ci il təvəllüdlü G.M.-yə öz evində mübahisə zəminində soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində G.M. hadisə yerində vəfat edib.
Nazirlikdən verilən məlumata görə, aparılan istintaq tədbirləri nəticəsində G.Ç. şübhəli şəxs qismində isti izlərlə saxlanılıb. Cinayətin aləti – bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu isə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.