Özünü təcrid edən və karantində olan şəxslərin monitorinq prosesinə polis də qoşulacaq
Özünü təcrid edən və karantində olan şəxslərin monitorinq prosesinə polis də qoşulacaq

Xəstəliklər Nəzarətinin və İctimai Sağlamlığın Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Gürcüstanda fevralın 21-dən bu günə qədər, koronavirusun prevensiyası məqsədi ilə, özünü təcrid edən 1108 nəfər var.

Qamkrelidzenin bəyanatına görə, özünü təcrid edən şəxlərin monitorinqi əsas problemlərrdən biridir.

Ona görə də, Qamkrelidzenin dediyinə görə, iqtidar qərar verdi ki, özünü təcrid edən və karantində olan şəxslərin monitorinq prosesinə patrul polisinin əməkdaşları da qoşulsunlar.

“Biz özünün təcrid edən və karantində olan insanlara dəfələrlə müraciət etdik ki, yüksən vətəndaş məsuliyyətini göstərsinlər və özlərinin və ətrafdakıların sağlamlığına qayğı göstərsinlər və karantini pozmasınlar. Epidemiya zamanı belə proseslərin nəzərə alınması ən əsas instrumentdir” – dedi Amiran Qamkrelidze.