Özbəkistan Respublikasının Prezidenti Gürcüstana səfər edib
2026-cı il iyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstana dövlət səfərinə gəlib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Beynəlxalq Hava Limanında Özbəkistan Prezidentini Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Səfər çərçivəsində Şavkat Mirziyoyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri planlaşdırılır. Tərəflər müxtəlif sahələr üzrə sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalayacaqlar.
Bundan əlavə, Özbəkistan Prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların memorialını ziyarət edərək abidə önünə əklil qoyacaq və şair Əlişir Nəvainin abidəsinin açılış mərasimində iştirak edəcək.