Özbəkistan hakimiyyəti bütün ölkə miqyası ilə fövqəladə vəziyyət elan etdi
Özbəkistan hakimiyyəti bütün ölkə miqyası ilə fövqəladə vəziyyət elan etdi. Buna səbəb Qaraqalpaqıstan muxtar vilayətində, daha doğrusu onun paytaxtı Nukusda keçirilən və hökuməti ələ keçirmək cəhdi kimi qiymətləndirilən etiraz aksiyası oldu.
Muxtar vilayət əhalisi iyulun 1-də Özbəkistanın yeni konstitusiya layihəsinin dərcindən sonra yürüş təşkil edildi. Layihəyə uyğun olaraq, Qaraqalpaqstanın suveren statusu və respublikadan ayrılmaq hüququ ləğv edilir. Qaraqalpaqıstan bölgəsi ölkə ərazisinin 40 faizini tutur, lakin orada ölkə əhalisinin cəmi 7 faizi, 2 milyona yaxın insan yaşayır.
“Xuki” nəşrinin məlumatına görə, bir gün əvvəl mitinqdə çıxış edən və iyulun 5-də növbəti aksiyasını elan edən fəal Dauletmurat Tajimuratov iyulun 2-də həbs edildi.
Hazırda muxtar bölgədə internet və mobil rabitə əngəllərlə işləyir. Artıq yerli əhalinin internetdə foto-video material yaymaq imkanı yoxudur. Nukus şəhərinin girişi bağlanıb. Muxtar bölgə ilə sərhəd də bağlanıb.