Oyun biznesi sahəsində icazə şərtlərinin pozulmasına görə qanunvericilik sərtləşir
Oyun biznesi sahəsində icazə şərtlərinin pozulmasına görə qanunvericilik sərtləşdirilir. Müvafiq dəyişikliklər “Lisenziyalar və icazələr haqqında” qanuna daxil edilir.
Qanun layihəsinə əsasən, qumar və ya uduşlu oyunların təqdim olunması icazəsinin sahibinin icazə rüsumunun ödənilməsi müddətini pozması, tətbiq edilən cərimənin üçqat artırılması əvəzinə, müvafiq icazənin ləğvinə səbəb olacaq.
Hökumət izah edir ki, qumar və ya uduşlu oyunların təqdim olunması icazəsinin sahibi tərəfindən icazə rüsumunun ödənilməsi müddətinin təkrar pozulması halında məsuliyyətin yalnız cərimənin üçqat artırılması ilə sərtləşdirilməsi kifayət qədər güclü preventiv və çəkindirici mexanizm yaratmır və icazə sahibləri tərəfindən qanunla müəyyən edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsini təmin etmir.
“Problemin effektiv həlli qanuna müvafiq dəyişikliklərin edilməsini tələb edir ki, bununla məsuliyyət tədbirləri dəqiqləşdirilsin və sərtləşdirilsin. Qeyd olunan dəyişiklik hüquqi tənzimləmənin vahidliyini təmin edəcək, sanksiyaların preventiv təsirini gücləndirəcək və icazə şərtlərinə əməl olunmasının təmin edilməsi üçün daha effektiv mexanizm yaradacaq”, – deyə layihədə bildirilir.