Ğviniaşvili və Qriqalaşvili Parisin Böyük Dəbilqəsinin yarımfinalındadılar
Bu gün Parisdə cüdo üzrə Böyük Dəbilqə yarışında üç gürcü yarışır, onlardan ikisi – Tato Qriqalaşvili (81 kq) və Beka Ğviniaşvili (90 kq) turnirin yarımfinalında güləşəcək.
Təəssüf ki, eyni çəkidə yarışan Luka Maisuradze turnirdən kənarlaşdırılaraq ev sahibi idmançıya uduzdu.
Xatırladaq ki, ötən gün Parisdə keçirilən Böyük Dəbilqə turnirində Laşa Şavdatuaşvili (73 kq) qızıl, Vaja Marqvelaşvili (66) və Caba Papinaşvili (60) isə, bürünc medal qazandılar.
İlkin görüşlər Tbilisi vaxtı ilə saat 14:00-da başladı, yekun blok isə, saat 20:00-da keçiriləcək.