Otlaqların icarəyə verilməsinin 15-ci mərhələsi çərçivəsində, müraciətlərin qəbuluna başlanılıb
Dövlət mülkiyyətində olan otlaqların əlçatanlığı üzrə dövlət proqramı çərçivəsində, oktyabrın 1-dən 8,573.15 ha (150 ədəd) otlağı icarəyə götürmək əlçatandır. Müraciətlərin qəbulu oktyabrın 30-u da daxil olmaqla davam edəcək.
Maraqlanan şəxslərə bütün ölkə miqyasında istədikləri otlaqları seçmək imkanı verilir: Kaxeti bölgəsində – 4329,61 ha; Samtsxe-Cavaxeti bölgəsində – 2009,88 ha; Kvemo Kartli bölgəsində – 1297,03 ha; Mtsxeta-Mtianeti bölgəsində – 216,10 ha; Şida Kartli bölgəsində – 113,19 ha; İmereti bölgəsində – 573,12 ha; Sameqrelo-Zemo Svaneti bölgəsində – 25,21 ha; Raca-Leçxumi-Kvemo Svaneti bölgəsində – 9,01 ha.
Dövlət proqramının on dörd mərhələsi çərçivəsində 2021-ci ildən bu günə qədər 222 otlaq (21,140 ha) üzrə aktiv icarə müqaviləsi bağlanıb, o cümlədən: birbaşa ötürmə yolu ilə 13,155 ha – 165 otlaq, hərrac yolu ilə isə 7,985 ha – 57 otlaq.
15-ci mərhələdə icarəyə veriləcək otlaqlar haqqında ətraflı məlumat publik hüquqi şəxs Torpağın Dayanıqlı İdarəolunması və Torpaqdan İstifadəyə Nəzarət üzrə Milli Agentliyin və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin veb-səhifələrinə – www.land.gov.ge, www.mepa.gov.ge-yə yerləşdirilib.
Dövlət qeyd olunan proqramı 2021-ci ildən həyata keçirir, bu proqram çərçivəsində iri və xırdabuynuzlu mal-qara sahibləri olan fermerlərə hərrac yolu ilə istədikləri otlaqları əldə etmək və onları 3 illik icarə müqaviləsi şərtləri ilə idarə etmək imkanı verilir. Qeyd olunan proqram, otlaqlar üzrə özəl hüquqi məsuliyyətin tətbiqi vasitəsilə onların rasional istifadəsinə, deqradasiyanın qarşısının alınmasına və heyvandarlıq sahəsinin dayanıqlı inkişafına kömək edir.
İcarəyə veriləsi otlaqlar müvafiq linkdə əlçatandır.https://land.gov.ge/Ge/Projects/Ongoing/1013
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.