Ötən gecə Rusiyanın Novorossiysk şəhərinə dronlarla endirilən zərbələr nəticəsində 4 nəfər həlak olub

11:30, 09.09.2026

Ötən gecə Rusiyanın Novorossiysk şəhərinə dronlarla endirilən zərbələr nəticəsində 4 nəfər həlak olub. Onlardan biri uşaqdır. Hücum nəticəsində bölgənin 29 sakini də yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Məlumatı “RİA” agentliyi Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyevə istinadən yayıb.

“Ötən gecə qoşunlarımız bölgəyə dronlarla edilən genişmiqyaslı düşmən hücumunun qarşısını alıb. Əsas zərbə Novorossiyskə endirilib. Təəssüf ki, 4 nəfər, o cümlədən bir uşaq həlak olub”, – Veniamin Kondratyev yazıb.

Krasnodar vilayətinin qubernatorunun sözlərinə görə, hücumlar nəticəsində pravoslav kilsəsi, uşaq bağçası, 3 fərdi yaşayış binası və 5 çoxmənzilli yaşayış binası zərər görüb.

Oxşar