Ötən gecə Rusiya tərəfindən Xarkova pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 27 nəfər xəsarət alıb
Ötən gecə Rusiya tərəfindən Xarkova pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 27 nəfər xəsarət alıb

 

Ötən gecə Rusiya Xarkova hücum edib.

Xarkovun meri İqor Terexov hücumun pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini bildirib. Hədəf çoxmərtəbəli yaşayış binası olub.

Hücum nəticəsində binada yanğın baş verib və uşaqlar da daxil olmaqla 27 nəfər xəsarət alıb.