Ötən gecə Rusiya Kiyevin şimalında yerləşən körpüyə dronla hücum edib
Ötən gecə Ukraynanın paytaxtı Kiyevin Şimal körpüsünə rus dronu ilə hücum edilib.
Ukrayna mediasının məlumatında, Dnepr çayının sağ və sol sahillərini birləşdirən körpüyə edilən hücumun hərəkətin ləngiməsinə səbəb olduğu deyilir.
Körpüyə hücumu Kiyevin meri Vitali Kliçko da təsdiqləyir. Mer, hadisə yerinə təcili yardım xidmətlərinin səfərbər olunduğunu bildirib. Kliçko həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmır.
“Şimal körpüsündə yol örtüyü və trolleybus xətləri zədələnib. Hazırda körpüdə soldan sağ sahilə doğru hərəkət ləngiyir” – Kiyevin meri bildirib.
Buna qədər isə, oktyabrın 1-i və 2-də rus qüvvələri Kiyevin Cənub körpüsünü reaktiv dronlarla bombalayıblar. Son iki gün ərzində dronlar körpüyə ən azı beş dəfə zərbə endiriblər.