Ötən gecə Rusiya Kiyev vilayətinə ballistik raketlərlə hücum edib. Nəticədə iki nəfər həlak olub, dörd nəfər isə yaralanıb

10:14, 30.09.2026

Gecə saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə və Kiyev vilayətinə genişmiqyaslı hücum həyata keçirib. Nəticədə iki nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
Kiyev vilayət administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Rusiya Kiyevə ballistik raketlərlə hücum edib. Hücum nəticəsində infrastruktur obyektlərinə və yaşayış evlərinə ziyan dəyib.

Xüsusilə Buça rayonunda üç fərdi ev, 11 avtomobil və iki anbar zədələnib. Vişqorod rayonunda isə fərdi evlər zədələnib və ya dağılıb. Həmçinin yaşayış binasında və qarajlarda yanğın baş verib.

Rusiyanın Kiyevə raket hücumundan sonra şəhərin bir neçə ərazisində yanğınlar başlayıb. Mediaya yayılan məlumata görə, hücumun hədəfi elektrik enerjisinin paylayıcı infrastrukturu olub. Buna görə də Kiyevdə elektrik enerjisi və su təchizatı ilə bağlı problemlər yaranıb.

Kiyev vilayət administrasiyasının rəhbərinin sözlərinə görə, vilayətə hücum hələ də davam edir.

Oxşar