Ötən gecə ərzində Rusiya qüvvələri Kiyev vilayəti istiqamətinə 18 “Şəhid” tipli pilotsuz uçuş aparatını buraxdı
Ötən gecə ərzində Rusiya qüvvələri Kiyev vilayəti istiqamətinə 18 “Şəhid” tipli pilotsuz uçuş aparatını buraxdı. Məlumatı Ukrayna mediası yayır.
Ukrayna Hava Qüvvələrinin məlumatına görə, onların hamısı məhv edilib.
Bunda başqa, Havadan Müdafiə Qüvvələri iki “Şəhid” tipli İran pilotsuz təyyarəsini ölkənin şərq bölgəsində vurdu, cənubda isə, Rusiyaya məxsus kəşfiyyat pilotsuz təyyarəsini məhv etdi.