Otar Partsxaladze barəsində həbs qətimkan tədbiri seçilib
Otar Partsxaladze barəsində həbs qətimkan tədbiri seçilib

 

Sabiq baş prokuror Otar Romanov Partsxaladze barəsində həbs qətimkan tədbiri seçilib. Levan Canqveladzenin sifarişlə və xudbinliklə qəsdən öldürülməsini təşkil etməkdə ittiham olunan sabiq baş prokuror Otar Romanov Partsxaladze günahını boynuna götürmür.

Prosesdə prokurorluq Partsxaladzenin həbs cəzasına məhkum edilməsini tələb edirdi. Vəkil isə müvəkkilinin qətimkan tədbiri olmadan buraxılmasını tələb edirdi.

Partsxaladzenin vəkili Qaqi Mosiaşvilinin bəyanatına əsasən, işdə Otar Romanov Partsxaladzeyə qarşı heç bir dəlil yoxdur.

İttiham tərəfi Partsxaladzeni biznesmen Levan Canqveladzenin sifarişlə və xudbinliklə qəsdən öldürülməsini təşkil etməkdə ittiham edir. Cinayət 16 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Otar Romanov Partsxaladze məhkəmə prosesində iştirak etməyib.

Prokurorluğun məlumatına əsasən, Partsxaladze 2025-ci ilin iyun ayında Gürcüstanı tərk edib və mövcud məlumata əsasən, Rusiyadadır.