Osloda Stiv Uitkof və Volodimir Zelenskinin görüşü keçirilir
Norveçin paytaxtı Osloda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü keçirilir. Görüşdə Ukraynada mövcud vəziyyət müzakirə olunur.
Müzakirələrdə ev sahibi Norveçin Baş naziri Yonas Qar Stiore və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edirlər. Ukrayna Prezidenti Amerika tərəfi ilə görüşün təşkil olunmasını məhz onlardan xahiş edib.
Bununla yanaşı, Zelenski Rusiya ilə danışıqlara əsas olacaq planı birgə işləyib hazırlamaq üçün Avropa İttifaqı və NATO nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.
Amerika mediasının məlumatında, Stiv Uitkofun Oslodan Moskvaya yola düşəcəyi deyilir.