Ortodoks kilsəsi Müjdələnmə Bayramını qeyd edir
Ortodoks kilsəsi Müjdələnmə Bayramını qeyd edir

 

Ortodoks kilsəsi aprelin 7-də əqdəs Məryəmin Müjdələnməsi Bayramını qeyd edir.

Bu günlə əlaqədar fəaliyyət göstərən bütün məbədlərdə bayram liturgiyası keçiriləcək.

Müjdələnmə ən böyük kilsə bayramlarından biridir. İncilə əsasən, bu gün Qalileyanın Nazaret şəhərində baş mələk Cəbrayıl əqdəs Məryəmə görünüb və tanrının oğlu və bəşəriyyətin xilaskarının ondan doğulacağına dair ona müjdə verib.