Ortodoks xristianlar Beytləhmdə Milad bayramını qeyd edirlər
Ortodoks xristianlar Milad bayramını Beytləhmdə qeyd edirlər. Qüdsün ortodoks patriarxı Üçüncü Teofil ənənəvi olaraq Məsihin Miladı məbədində Milad ayinlərini icra edib.
Bu il də müqəddəs torpaqda Milad tədbirləri Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda keçirilib. Dini liderlər Milad bayramı üçün yalnız dini tədbirlərlə məhdudlaşmaq qərarını veriblər, buna görə də Beytləhmdə bayram tədbirləri keçirməkdən imtina ediblər.