Ortacalada yaşayış binasında partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb
Ortacalada yaşayış binasında partlayış baş verib.
Mövcud məlumata əsasən, partlayışa ehtimal ki, qaz sızması səbəb olub.
Fövqəladə Halların İdarəedilməsi Xidmətindən Birinci Kanala bildirdikləri kimi, hadisə nəticəsində 1 nəfər həlak olub. Xəsarət alan 4 nəfər klinikaya çatdırılıb.
Partlayış ehtimal ki, binanın dördüncü mərtəbəsində baş verib. Partlayış nəticəsində yaşayış binasının fasadı və divarları uçub.
Hadisə yerində olanların dedikləri kimi, binada məcburi köçkünlər yaşayırlar.
Hazırda binada yaşayan sakinlərin bir hissəsi müvəqqəti yaşayış yerlərinə köçürülür.