Ortacala SES körpüsünün tam bərpası başa çatıb
Ortacala SES körpüsünün tam bərpası başa çatıb

 

Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti Mtkvari çayı üzərində yerləşən Ortacala SES körpüsündə tam bərpa işləri görüb.

Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi Munisipalitetinin hökumət iclasında qeyd etdiyi kimi, layihə çərçivəsində körpünün konstruktiv hissəsi və zədələnmiş elementləri bərpa edilib və yenilənib.

“Paytaxtda daha bir mühüm infrastruktur layihəsi başa çatıb. Mtkvari çayı üzərində yerləşən Ortacala SES körpüsündə tam bərpa işləri aparılıb. Bərpa işləri çərçivəsində körpüdə genişmiqyaslı yenidənqurma işləri aparılıb. Birinci mərhələdə mühəndis-tədqiqat işləri aparılıb, bunun əsasında da bərpa prosesi planlaşdırılıb. Layihə çərçivəsində körpünün konstruktiv hissəsi və zədələnmiş elementləri bərpa edilib və yenilənib. Həmçinin, kanalizasiya sistemi dəyişdirilib və barmaqlıqlar (qapaqlar) əlavə edilib, hidroizolyasiya işləri görülüb. Bundan başqa, hava elektrik xətləri yeraltı kabel kanallarına yerləşdirildi. Yolun hərəkət hissəsi tamamilə yeniləndi – asfalt örtüyü döşəndi və xətlənmə işləri aparıldı. Körpüdəki mövcud səkilər tam bərpa olundu və müasir, enerji effektiv LED küçə lampaları quraşdırıldı” – Kaxa Kaladze qeyd edib.

Tbilisi merinin məlumatına əsasən, bərpadan sonra Ortacala SES körpüsündə hərəkət tam təhlükəsizdir və hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.