Orbeliani sarayında Gürcüstan və Ukraynanın bayraqları sərilib
Orbeliani sarayında Gürcüstan və Ukraynanın bayraqları sərilib

Tbilisidə Orbeliani sarayında Gürcüstan və Ukraynanın bayraqları sərilib.

Eyni zamanda, Gürcüstan prezidenti Salome Zurabişvili dünən Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini “müstəqil respublika” kimi tanımasına cavab verib.

Salome Zurabişvili qeyd edib ki, Gürcüstan Ukraynanın yanındadır.

“Gürcüstan Rusiyanın” Ukraynanın Donetsk və Luqansk vilayətlərini “tanınmasını qətiyyətlə pisləyir ki, bu da ərazimizin 20 faizinin işğalı ilə nəticələnən ssenarinin təkrarıdır. Gürcüstan prezident Zelenskinin yanındadır və Ukraynanın ərazi bütövlüyünü və sülhünü dəstəkləyir”, – Salome Zurabişvili bildirib.

Rusiya Donetsk və Luqanskı işğal etdi. Xalq Cümhuriyyətlərinin müstəqilliyini tanıdı. Bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.