Tbilisidə, Orbeliani Meydanında, tarixi bazar ərazisində, bölgə miqyası ilə unikaı konsepsiya – “Orbelianidə Bazar” açıldı.
“Bazarın” açılışında Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Gürcüstan Parlamentinin vitse-spikeri Arçil Talakvadze, İqtisadiyyat naziri Natia Turnava, Kənd Təsərrüfatı naziri Levan Davitaşvili və paytaxtın meri Kaxa Kaladze iştirak edirdilər.
Layihə çərçivəsində paytaxtın tarixi hissəsindəki kolxoz bazarının binası bərpa edildi. “Orbelianidə Bazar” üç mərtəbəni, ümumilikdə 10 000 kvadrat metrlik müasir aqrar bazar və qida məkanını birləşdirir.
Birinci mərtəbə bazara ayrılacaq, burada da 100-ə qədər nöqtədə müxtəlif qida və qeyr-qida produktları satılacaq. Bu mərhələdə, bazarda 100-dən artıq istehsalçı və pərakəndə satıcı təqdim olunub, ilin sonuna kimi isə, daha 60 artacaq.
İkinci mərkəz necə ənənəvi gürcü güşə (İmereti, Sameqrelo, Svaneti, Raça, Kaxeti), eləcə də İtaliya, İspaniya, Avstriya, Çin, Yapon, Vyetnam mətbəxlərinin 35 qida obyektini birləşdirir. Üçüncü mərtəbədə isə, müsafirlər üçün terrasa yerləşir, burada da istifadəçilər dadlı kokteyllər içə bilərlər.
“Orbelianidə Bazar” administrasiyasının məlumatına görə, layihə çərçivəsində, yaxın gələcəkdə “Qastro Bazar Məktəbi” kulinariya məktəbi açılacaq. Burada istənilən marağında olan masteklassdarda iştirak edə bilər










