Operator Lekso Laşkaravanın vəfat etməsi işinə müstəqil ekspert, Aleksandre Qecadze qoşulacaq
“Pirveli” teleşirkətinin rəsmi müraciəti ilə mən, “Viktor” müstəqil məhkəmə ekspertiza mərkəzininin rəhbəri kimi və eyni zamanda məhkəmə tibbi eksperti kimi “Tv Perveli” ilə razılaşdım ki, “Samxarauli ekspert müəssisəsi” ilə vəfat edən operatorun cəsədinin məhkəmə tibbi ekspertizasında birlikdə iştirak edək, – bu barədə müstəqil ekspert, Aleksandre Qecadze bəyan etdi.
“Az öncə ekspert müəssisəsinin foyesinə getdim, sonra onların nümayəndələsi gəldi və bəyan etdi ki, mənim iştirakım barəsində müstəntiqdən hələlik rəsmi məktubu yoxudur. Təbiidir ki, bu icazəsiz ekspertizada iştirak edə bilmərəm. İndi müstəntiqin reaksiyasını gözləyirik, bu məktubu verəcək ya yox. İcazənin verilməsi təqdirində, birgə ekpsertiza prosesinə qoşulacayıq. Mənə dediklərinə görə, cəsədin espertizası hələlik başlamayıb.Kimyəvi müayinəyə və sairə ən azından 20-25 gün lazım gələcək”, – Qecadze bəyan etdi.
5 iyul hadisələri zamanı xasarət alan “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar. Gürcüstanın Birinci Kanalı kədərləndiyini ifadə edir və onun ailəsi və yaxınlarına başsağlığı verir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, “Tbilisi Prayda” qarşı keçirilən aksiya zamanı, “Sirtsxviliya” ofisində “Tv Pirvelinin” jurnalit və operatorunu sözlə və fiziki təhqir etdilər.