Operator Lekso Laşkaravanın vəfat etməsi ilə bağlı Qoridə sükut aksiyası keçirildi

Operator Lekso Laşkaravanın vəfat etməsi ilə bağlı Qoridə sükut aksiyası keçirildi.

Sakrebulo qarşısında media vasitələri nümayəndələri və mülki fəallar toplaşdılar. Onlar vəfat edən Lekso Laşkaravanın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və ailəsinə başsağlığı verdilər.

Toplaşanlar mediaya zoraklığa etiraz etdilər və öz peşə işlərini yerinə yetirərkən jurnalist və operatorlara zoraklıq edənlərin cəzalandılmasını tələb etdilər.

Bununla yanaşı, aksiya iştirakçıları, Qori Sakrebulosu binasına qırmızı boyalarla yazılar yazdılar.

5 iyul hadisələri zamanı xasarət alan “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı, bundan sonra onu evə buraxdılar. Fakt üzrə istintaqa başlanıb.