“OPEC+” üzvü olan səkkiz ölkə sentyabr ayında neft hasilatını artırmaq barədə razılığa gəlib
“OPEC+” təşkilatına üzv olan səkkiz ölkə sentyabr ayında neft hasilatını artırmaq barədə razılığa gəlib. “Euronews”un məlumatına görə, OPEC ölkələrinin qərarına əsasən, sentyabr ayında neft hasilatı gündəlik 548 000 barel artırılacaq.
“OPEC+” üzvləri bir neçə ildir ki, neftin qiymətinin sabitliyini qorumaq məqsədilə hasilatı azaldırdı, lakin 2025-ci ilin əvvəlində bu kurs dəyişdirildi. Bu, ABŞ prezidenti Donald Trampın neft hasilatının artırılmasına dair çağırışları fonunda baş verdi.
“Euronews” yazır ki, “OPEC+”ın qərarı ABŞ-ın Moskvaya Ukraynadakı müharibənin bitməsi ilə bağlı danışıqlara razılaşması üçün təzyiq göstərməyə çalışdığı bir dövrə təsadüf edir.
Xatırladaq ki, bu həftə Donald Tramp bəyan etdi ki, Rusiyaya Ukraynadakı müharibənin başa çatması üçün razılığa gəlmək üzrə 8 avqusta qədər vaxt verir.