Onuncu çağırış Parlamentinin bir neçə komitəsi sədrinin kimliyi məlumdur
Onuncu çağırış Parlamentinin bir neçə komitəsi sədrinin kimliyi məlumdur.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, Avrointeqrasiya Komitəsinə Maka Boçorişvili, İnsan Haqqları Müdafiəsi Komitəsinə Kaxa Kaxişvili, Hüquq məsələləri Komitəsinə Anri Oxanaşvili, Müdafiə və Təhlükəsizlik məsələləri Komitəsinə İrakli Beraiya rəhbərlik edəcək.
Bununla yanaşı vitse-spiker ilə bağlı məsləhətləşmələr aparılır. Birinci vitse-spiker vəzifəsinə David Sergeenko və ya Giya Volksi adlandırılır.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, Təhsil, Elm və Mədəniyyət Komitəsinin sədri Tea Sulukianinin olması mümkündür.