Onuncu çağırış Parlamenti ilk yaz sessiyasını bu gün açacaq
Onuncu çağırış Parlamenti ilk yaz sessiyasını bu gün açacaq

Onuncu çağırış Parlamenti ilk yaz sessiyasını bu gün açacaq. Reqlamenti nəzərə alaraq, yaz sessiyası fevralın ilk çərşənbə axşamı açılacaq. Məhz elə iki fevraldan qanunvericilik orqanı rəsmi olaraq fəaliyyətini bərpa edəcək.

Yaz sessiyası ərzində Parlamentə bir neçə idarənin illik hesabat təqdim olunacaq. O cümlədən baş nazirin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Audit Xidmətinin, Baş Prokurorluğun, Xalq Müdafiəçisinin, Dövlət Müfəttişinin hesabatı.

Yaz sessiyası çərçivəsində həmçinin, Gürcüstan prezidentini dinləyəcəklər və interpelasiya formatının da keçirilməsi mümkündür.

Parlament payiz sessiyasını ötən ilin dekabrında bağladı. Qanunvericilik orqanı fəaliyyətini növbədənkənar iclaslar formatında həyata keçirirdi.

Reqlamenti nəzərə alaraq, yaz sessiyası iyunun son cümə günü bağlanacaq.