Onkoloji diaqnoz qoyulan uşaqların xaricdə müalicəsi proqramı genişləndirilib və üç türk klinikası əlavə edilib
Onkoloji diaqnoz qoyulan uşaqların xaricdə müalicəsi proqramı genişləndirilib. Bu haqda məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.
Nazirliyin məlumatına əsasən, benefisiarlara Türkiyədə daha üç klinikada xidmət göstəriləcək. Proqrama “Medicana International Clinic”, “MC Hospital” və “Medipol Mega University Hospital” əlavə edilib.
“Səhiyyə naziri proqramın yeni və bundan əvvəl mövcud tərəfdaş tibb müəssisələrində olub.
Mixeil Sarcveladze Türkiyədə olan balaca gürcü pasiyentlər və onların valideynləri ilə görüşüb, benefisiarların müalicə prosesi ilə tanış olub və klinikalarda onlar üçün əlçatan olan xidmətlər haqqında ətraflı məlumat alıb.
Onkoloji diaqnoz qoyulan uşaqların xaricdə müalicəsi proqramı çərçivəsində pasiyentlərə artıq 8 klinikada – Türkiyə, İspaniya və İsraildə xidmət göstəriləcək. Yeni tərəfdaş klinikalarla əməkdaşlıq müqavilələri artıq imzalanıb.
Onkoloji diaqnoz qoyulan uşaqların xaricdə müalicəsi proqramı 2023-cü ilin avqust ayından qüvvədədir. Müalicə paketinə diaqnostika və standart müalicə kursu : kimyaterapiya, şüa terapiyası, cərrahiyyə və proton terapiyası daxildir. Qüvvəyə mindiyi gündən bu günədək proqrama 157 benefisiar qoşulub. Artıq 100 pasiyent müalicəsini başa vurub.
Nazir “Gürcüstanın Həmrəylik Fondu”nun rəhbəri Xatuna Çaçava və fondun nümayəndəsi Ketevan Kartozia ilə birlikdə Türkiyədə olub.
Onkoloji diaqnoz qoyulan uşaqların xaricdə müalicəsi proqramı çərçivəsində pasiyentlər tibbi xidmətdən yararlana bilərlər : İspaniyada “Kiron Salud Proton Terapiya Mərkəzi”ndə; İsrailin “Təl-Əviv Souraski (İxilov) Tibb Mərkəzi”ndə; Türkiyənin “Anadolu Tibb Mərkəzi”ndə; “Acıbadem Xəstəxanası”nda; “Medicana International Clinic”, “MC Hospital” və “Medipol Mega University Hospital”da.
Gürcüstan dövləti Türkiyə, İsrail və İspaniyadakı tərəfdaş klinikalarda bütün benefisiarların müalicəsini tam şəkildə maliyyələşdirir” – qurumun məlumatında qeyd olunub.