Onise Okriashvilinin döyülməsi ittihamı ilə saxlanılan şəxsə 5 min lari məbləğində girov təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb

13:59, 25.07.2026

Onise Okriashviliyə qarşı zorakılıqda ittiham olunan şəxsə 5 min lari məbləğində girov təyin edilib.
Qərar bir qədər əvvəl Tbilisi Şəhər Məhkəməsində elan olunub.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq Onise Okriashviliyə qarşı zorakılıqda ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri əvəzinə 5 min lari məbləğində girov tətbiq edilməsini tələb edib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2026-cı il iyulun 22-də gecə saatlarında Tbilisidə gürcü yazıçısı Nodar Dumbadzenin təhqir olunması səbəbindən təqsirləndirilən şəxs Onise Okriashviliyə fiziki zor tətbiq edib.

Bildirilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin baş və bədən nahiyələrinə bir neçə dəfə zərbə endirib və nəticədə Okriashvili fiziki ağrı hiss edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıblar.

Prokurorluğun məlumatına görə, ona Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi (zorakılıq) ilə ittiham irəli sürülüb.

Oxşar