Oninin girişində torpaq sürüşməsi proseslərinə görə avtomobil yolunun hərəkət hissəsi bağlanıb, avtonəqliyyat vasitələrinin hərəkəti ləngiyib
Oninin girişində torpaq sürüşməsi proseslərinə görə avtomobil yolunun hərəkət hissəsi bağlanıb, avtonəqliyyat vasitələrinin hərəkəti ləngiyib

 

Oninin girişində torpaq sürüşməsi proseslərinə görə avtomobil yolunun hərəkət hissəsi bağlanıb, avtonəqliyyat vasitələrinin hərəkəti ləngiyib. Bu haqda məlumatı Oni Munisipalitetinin Meriyası yayır.

Onların məlumatına əsasən, müvafiq işlər görülür.

“Oni şəhərinin girişində dağın yamacında inkişaf edən sürüşmə prosesləri nəticəsində, avtomobil yolunun hərəkət hissəsi bağlanıb, bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti ləngiyib.

Yerli hakimiyyət orqanlarının nümayəndələri müvafiq xidmətlərin nümayəndələri ilə birlikdə hadisə yerindədirlər və müvafiq tədbirlər görülür.

Oni Munisipalitetinin Meriyası sizi yaranmış vəziyyəti nəzərə almağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hərəkətin bərpası ilə bağlı əlavə məlumatı sizə mərhələli şəkildə verəcəyik” – Oni Munisipalitetinin Meriyasının yaydığı məlumatda deyilir.