Ombudsman Aparatı: Xalq müdafiəçisi David Peikrişviliyə qarşı ehtimal olunan zorakılıq faktı ilə bağlı istintaqın Prokurorluğun tabeliyinə verilməsi qərarını alqışlayır

16:21, 26.10.2026

Xalq müdafiəçisi təqsirləndirilən David Peikrişviliyə qarşı ehtimal olunan zorakılıq faktı ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyində aparılan istintaqın Prokurorluğun tabeliyinə verilməsi barədə Gürcüstan Prokurorluğunun qərarını alqışlayır. Bu barədə Gürcüstan Xalq Müdafiəçisi Aparatının yaydığı məlumatda qeyd olunub.

“Bu barədə 2026-cı il oktyabrın 26-da kütləvi informasiya vasitələri məlumat yayıb. İctimaiyyətə xatırladırıq ki, Gürcüstan Xalq Müdafiəçisi hələ 2026-cı il oktyabrın 22-də istintaqın institusional müstəqilliyi prinsipinin qorunması məqsədilə işin Prokurorluq orqanlarının tabeliyinə verilməsi üçün Gürcüstan Prokurorluğuna açıq şəkildə müraciət edib.

Bundan əlavə, oktyabrın 22-də və 23-də Xalq Müdafiəçisi Aparatı Gürcüstan Baş Prokurorluğuna yazılı müraciətlər də ünvanlayıb və David və Giorgi Peikrişvili qardaşları ilə söhbət zamanı tərtib edilmiş ətraflı protokolları təqdim edib. Həmin protokollarda onlar David Peikrişviliyə qarşı 8 saylı penitensiar müəssisədə baş verdiyi ehtimal edilən cinayətlə bağlı danışıb və penitensiar xidmət əməkdaşlarının bu hadisədə iştirakına işarə ediblər.

Xalq müdafiəçisi istintaqın qısa müddətdə aparılmasının, həmçinin onun gedişi və nəticələri barədə ictimaiyyətin məlumatlandırılmasının zəruriliyini bir daha xüsusi olaraq vurğulayır”, – deyə Gürcüstan Xalq Müdafiəçisi Aparatının məlumatında bildirilib.

Oxşar