Omanın Salalah limanında yanacaq çənləri dronlarla bombalanıb

20:40, 11.03.2026

 

Omanın Salalah limanında yanacaq çənləri dronlarla bombalanıb. Məlumatı “Euronews” yayır.

“Təhlükəsizlik mənbəyi bir neçə dronun vurulduğunu, digərlərinin isə Salalah limanındakı yanacaq çənlərinə dəydiyini deyib” – Omanın xəbər agentliyi bəyan edib.

Media tələfat olmaması haqda məlumat verir.

Eyni zamanda, özəl dəniz təhlükəsizliyi şirkəti “Vanguard Tech”, cənub hissəsinə edilən hücumdan sonra limanda əməliyyatların dayandırıldığını bəyan edib.

Oxşar