Omanın xarici işlər naziri bildirib ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar razılaşma əldə edilmədən başa çatıb
Omanın xarici işlər naziri bildirib ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar razılaşma əldə edilmədən başa çatıb

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar razılaşma əldə edilmədən başa çatıb.

Bu barədə vasitəçi ölkə Omanın xarici işlər naziri Sayyid Badr Al Busaidi bildirib.

Nazirin sözlərinə görə, tərəflər müəyyən irəliləyişə nail olublar və danışıqların növbəti raundu texniki səviyyədə gələn həftə Vyanada davam etdiriləcək.

Qeyd edək ki, Sayyid Badr Al Busaidi bu gün Vaşinqtona səfər edəcək və ABŞ-ın vitse-prezidenti J.D. Vance ilə görüşəcək.