Omanda ABŞ və İran arasında danışıqlar başlayıb
Omanda ABŞ və İran arasında danışıqlar başlayıb

Omanda ABŞ ilə İran arasında danışıqlara start verilib.

İran tərəfdən nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfdən isə xüsusi nümayəndə Steve Witkoff rəhbərlik edir.

İran mediasının məlumatına görə, Tehran danışıqlara aydın plan və müəyyən edilmiş çərçivə ilə başlayır. Bildirilir ki, uranın zənginləşdirilməsi ilə bağlı istənilən güzəşt mərhələli və balanslaşdırılmış şəkildə həyata keçiriləcək. İran nümayəndə heyətinin əsas diqqəti ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvinə yönəlib.

ABŞ isə İrandan uranın zənginləşdirilməsinin məhdudlaşdırılmasını, ballistik raket proqramının məhdudlaşdırılmasını və regionda tabeliyində olan qüvvələrə dəstəyin dayandırılmasını tələb edir.