Ölkənin yeni bir problemi Asiya mərmər taxtabitidir. Zərərli həşərat hazırda yatır, lakin, aprel ayından qışda sığındığı yerdən çıxmağa başlayır. (VİDEO)

Qərbi Gürcüstanda fındıq və qarğıdalı məhsulunun əhəmiyyətli  bir hissəsini  məhv edən həşərata qarşı mübarizəni hökümət,  hansı strategiya və planlarla həyata keçirməyi planlayır? Bu gün Parlamentdə deputatlara hesabat vermək üçün getmiş ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinə verilən əsas sual bu idi. Asiya mərmər taxtabitinin məhvi üçün parlament 50 milyon lari nəzərdə tutur. Lakin, həşəratla mübarizə strategiyası isə mübahisə mövzusudur. Deputatların bir hissəsi zərərvericinin Şərqi Gürcüstanana  geniş şəkildə yayılması təhlükəsinə toxunurlar.

Hazırladı: Sandro Cupalakiani, Leyla Əkbərova