Ölkə miqyasında 207 seçki məntəqəsində imitasiya edilmiş səsvermə keçirilib
4 oktyabr seçkiləri üçün ölkə miqyasında sentyabrın 13-də 207 seçki məntəqəsində seçki məntəqələrinin 1500-ə yaxın üzvü və texniki personalın iştirak etdiyi imitasiya edilmiş səsvermə keçirilib. Məlumatı Mərkəzi Seçki Komissiyası yayır.
Onların məlumatına əsasən, imitasiya edilmiş səsvermənin keçirilməsi proseslərin səmərəliliyini, eləcə də seçki günü üçün tam hazırlığa nail olmağı təmin edən müasir seçki inzibatçılığı təcrübəsində əsas komponentlərdən biridir.
Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvili Siğnağidə imitasiya edilmiş səsvermə prosesinin gedişatı ilə şəxsən tanış olub. MSK sədrinin qeyd etdiyi kimi, imitasiya edilmiş səsvermənin keçirilməsində məqsəd təkcə seçkilərə hazırlığın yoxlanılması deyil, həm də seçki məntəqələrində texnoloji vasitələrin və logistik məsələlərin real mühitdə praktik şəkildə yoxlanılmasıdır. O bildirib ki, bu cür imitasiya edilmiş səsvermə komissiya üzvlərinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək, onların fəaliyyətlərinin koordinasiyasını təkmilləşdirmək və prosesləri idarə etmək bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
“Seçki Administrasiyası ölkə miqyasında 207 yerdə seçki idarəçilərinin və texniki işçilərin iştirak etdiyi imitasiya edilmiş səsvermə keçirib. İmitasiya edilmiş səsvermənin məqsədi seçkilərdən əvvəl bir daha texnoloji vasitələrin hazırlıq səviyyəsini, logistik və idarəetmənin digər aspektlərini, o cümlədən bizim təlimlərin nəticələrini, seçki komissiyasının üzvlərinin əldə etdikləri bilikləri praktikada necə tətbiq etmələrini görməkdir. Tam əminliklə deyə bilərəm ki, Seçki Administrasiyası 4 oktyabr seçkilərini yüksək peşəkar səviyyədə idarə etməyə tam hazırdır” – Kalandarişvili bildirib.
İmitasiya edilmiş səsvermənin gedişatı ilə Qiorqi Kalandarişvili ilə yanaşı, MSK sədrinin müavini Qiorqi Şarabidze və mətbuat katibi Natia İoseliani tanış olublar. Xatırladaq ki, 4 oktyabr seçkiləri üçün 3 051 seçki məntəqəsi açılıb, onlardan 2 284 məntəqədə səsvermə elektron qaydada, 767 məntəqədə isə ənənəvi qaydada keçiriləcək.